“Rusiyanın Kursk bölgəsindəki hərbi əməliyyatları Ukrayna və onun Qərb tərəfdaşlarının mövqelərini zəiflədir”.
Globalinfo.az xəbər verir ki, bu barədə “L’Antidiplomatico” portalında qeyd olunub.
Bildirilib ki, proseslər Ukraynanın kapitulyasiyasına gətirib çıxara bilər:
“Kursk vilayətindəki Sudjanın azad edilməsi Ukrayna Prezidenti Volodimir Zelenskinin bütün siyasi və hərbi xətti üçün fəlakətli məğlubiyyətdir. Bu, həm onun, həm də bütün ətrafının siyasi sonu deməkdir”.
Nəşr qeyd edib ki, Ukrayna ordusunun Kursk vilayətində uğursuzluğu atəşkəslə bağlı danışıqların başlandığı vaxt baş verib:
“Bu, Avropalı tərəfdaşları və keçmiş Amerika administrasiyasının dəstəyi ilə Ukraynanı güclü mövqedən danışıqlar prosesinə cəlb etməyə ümid edən Zelenski üçün sillə idi”.
Günay Rəsulqızı
Globalinfo.az