Avqustun 12-nə keçən gecə Novorossiyskdəki hərbi dəniz bazasına endirilən zərbə zamanı Ukrayna ordusu Rusiyanın dörd hərbi gəmisini vurub.
Globalinfo.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Telegram”da məlumat verib.
Qeyd edilir ki, iki “Kalibr” daşıyıcısı – “Admiral Makarov” və “Admiral Essen”, kiçik raket gəmisi “Buyan-M”, patrul gəmisi “Vasili Bıkov” müxtəlif dərəcəli zədələr alıblar.