“Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ və digər ölkələr razılaşmanın yaxın olduğuna inanaraq ABŞ-dan İrana hücumları iki-üç gün təxirə salmağı xahiş ediblər”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən brifinqdə deyib.
“Razılaşma olarsa və İran nüvə silahı əldə etməzsə, düşünürəm ki, bundan həm onlar, həm də biz məmnun qalacağıq”, – deyə Tramp bildirib.
O əlavə edib ki, ABŞ İrana hücumları təxirə salmaq qərarı barədə İsraili və bir sıra digər Yaxın Şərq ölkələrini məlumatlandırıb.
Əliyar Xəlil
Globalinfo.az