“ABŞ Prezidenti Donald Trampı Ukrayna Prezidenti Volodimir Zelenskiyə təzyiq göstərməyi dayandırmağa çalışmışam”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner “New York” jurnalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Zelenski və komandasının əldə olunmuş razılaşmaları ictimaiyyət qarşısında müzakirə etmək tərzi görülən işlərə zərər vurur:
“Mən Zelenskiyə bu fikri çatdırmağa çalışdım: gəlin, elə bir yol tapaq ki, əgər siz müharibəni dayandırmağa və Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətləri əldə etməyə nail olsanız, dərhal iqtisadiyyata diqqət ayırasınız və ölkənin bərpasına şəxsən rəhbərlik edəsiniz”.
Əliyar Xəlil
Globalinfo.az