Ukrayna Rusiyada seçkiləri pozmaq üçün silahlı hücum hazırlayıb – Putin

“Kiyev rejimi Rusiyadakı seçkiləri pozmağa çalışır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O bildirib ki, Ukrayna seçkilər öncəsi Rusiyada bir sıra silahlı hücmlar həyata keçirməyə çalışır.

“Kiyev rejimi öz hücumları ilə səsvermə prosesini pozmağa və sərhədyanı bölgələrdə insanları qorxutmağa çalışır. Ukraynanın Belqorod istiqamətində dörd, Kursk istiqamətində isə təxribat xarakterli bir hücum cəhdi olub. Düşmənin 2,5 mindən çox şəxsi heyəti, 35 tank və 40-a yaxın zirehli döyüş maşını var idi. Onlar hər yerdə geri çəkildi”, – deyə Putin vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az