Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Polşa ilə əlaqələri barədə danışıb.
Globalinfo.az xəbər verir ki, onun müsahibəsi “TSN YouTube” kanalında yayımlanıb.
“Ukrayna olmadan heç kim Polşanı müdafiə edə bilməz. Bu, sadəcə mümkün deyil”, – Zelenski bildirib.
Onun sözlərinə görə, qonşu ölkələrdəki nifrət yalnız daha yüksək reytinqə səbəb olacaq, daxili siyasi çəkişmə isə çox “xoşagəlməz eskalasiya” ilə nəticələnə bilər.
Zelenski əlavə edib ki, nifrətdən siyasi dividentlər qazanmaq olmaz.
Qeyd edək ki, Polşa UPA-nın (Ukrayna Üsyançı Ordusu) Volın qırğınlarındakı rolunu soyqırımı kimi qiymətləndirsə də, Ukraynada bu təşkilatın üzvləri çox vaxt milli azadlıq mübarizəsinin qəhrəmanları kimi təqdim edilir. Məhz bu ziddiyyət fonunda UPA ilə bağlı qərarlar və bəyanatlar Varşavanın sərt reaksiyasına səbəb olub. Polşa Prezidenti Karol Navrotski Zelenskidən ölkənin ən yüksək dövlət təltifi olan “Ağ Qartal” ordeninin geri alınmasına qərar verib.
Tahir Turan
Globalinfo.az