İsveçrədə keçirilən danışıqlarla bağlı yeni detallar məlum olub.
Globalinfo.az xəbər verir ki, görüş başlamazdan əvvəl ABŞ nümayəndə heyəti və təşkilatçılar İran və ABŞ təmsilçilərinin əl sıxaraq birgə foto çəkdirməsini nəzərdə tutan protokol hazırlayıblar.
Lakin İran tərəfi bu təkliflə razılaşmayıb və sözügedən mərasimdə iştirakdan imtina edib.
Nəticədə planlaşdırılan fotosessiya və canlı yayım İran nümayəndə heyətinin iştirakı olmadan baş tutub. Məlumata əsasən, İran rəsmiləri jurnalistlər zalı tərk etdikdən sonra görüş məkanına daxil olublar.