owl detail 620 73aafee1e7009e688a2b9997c0f8eb74

“Böyük Britaniyanın Baş naziri Kir Starmer yaxın günlərdə istefa verməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Böyük Britaniyanın biznes məsələləri üzrə naziri Piter Kayli deyib.

O, mətbuatda yayılan məlumatları spekulyasiya adlandıraraq Starmerin vəzifəsini icra etməyə davam etdiyini bildirib.

Qeyd edək ki, bundan əvvəl “The Independent” nəşri hökumət üzvlərinin baş naziri istefaya çağırdığını və Starmerin iyunun 22-də istefasını elan edə biləcəyini yazmışdı.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: