ABŞ blokadasının ləğvindən sonra ilk konteyner gəmisi İrana gəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə “IRIB News” Telegram kanalı məlumat yayıb.
“Gəmi Bəndər-Abbas şəhərində yerləşən Şəhid Rəcai limanına yan alıb”, – deyə bildirilib.
Daha əvvəl ABŞ və İran arasındakı anlaşma memorandumu ictimaiyyətə təqdim edilmişdi. Sənəd ABŞ Konqresinə 18 iyun, cümə axşamı göndərilib. Burada münaqişə tərəflərinin bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatları dərhal və tam şəkildə dayandırması qeyd olunur.
Mətndə həmçinin ABŞ-ın 30 gün ərzində İrana qarşı dəniz blokadasını tam dayandıracağı, İranın isə 60 gün ərzində Hörmüz boğazından gəmilərin təhlükəsiz və pulsuz keçidini təmin edəcəyi təsdiqlənir.
Əliyar Xəlil
Globalinfo.az