abs iran pakistan

İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi ilə danışıqlar aparmaq niyyətində deyil.

Globalinfo.az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.

Bildirilib ki, Qrossinin İsveçrədə olması onun İranla keçirilən danışıqlarda iştirak edəcəyi anlamına gəlmir:

“ABŞ tərəfi MAQATE rəhbərinin danışıqlarda iştirakını tələb etsə də, Tehran buna etiraz edib”.

Qeyd edək ki, İran və ABŞ arasında Pakistan və Qətər vasitəçilərinin iştirakı ilə texniki danışıqlar iyunun 21-də qapalı formatda keçirilir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: