qalibaf 1

İran parlamentinin sədri və ABŞ-la aparılan danışıqlarda Tehran nümayəndə heyətinə rəhbərlik edən Məhəmmədbaqer Qalibaf ABŞ Prezidenti Donald Trampın son açıqlamalarına sərt reaksiya verib.

Globalinfo.az xəbər verir ki, Qalibaf sosial şəbəkədə paylaşdığı mesajda Vaşinqtonun təhdidlərini əhəmiyyətsiz hesab etdiklərini bildirib. Onun sözlərinə görə, ABŞ-ın təzyiq siyasəti nəticə versəydi, bu gün belə vəziyyət yaranmazdı.

İran rəsmisi həmçinin qeyd edib ki, ölkəsinin Silahlı Qüvvələri istənilən təhdidə cavab verməyə hazırdır və qarşı tərəf verdiyi bəyanatların nəticələrini nəzərə almalıdır.

Xatırladaq ki, bundan əvvəl Tramp İranın Hörmüz boğazı və regiondakı müttəfiq qüvvələrlə bağlı addımlarından asılı olaraq Tehrana qarşı yeni və daha sərt tədbirlərin görülə biləcəyini bəyan etmişdi.

Hazırda ABŞ və İran nümayəndələri arasında İsveçrədə danışıqlar davam edir.

Paylaş: