İran nümayəndə heyətinin üzvü Hüseyn Qurbanzadə ABŞ-la danışıqların gələcəyi barədə diqqətçəkən açıqlama verib.
Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, İsrailin Livandakı hərbi əməliyyatları dayandırılmayana qədər Tehran və Vaşinqton arasında danışıqlar olmayacaq.
Qurbanzadə bildirib ki, Livan məsələsi görüşlər zamanı ən çox müzakirə edilən mövzulardan biridir və bölgədəki vəziyyət dəyişmədiyi təqdirdə danışıqlar prosesi irəliləməyəcək.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Trampın təhdid bəyanatlarına etiraz olaraq İran nümayəndələri İsveçrədə keçirilən görüşün məkanını tərk ediblər.
Əliyar Xəlil
Globalinfo.az