“Qarabağ” Futbol Klubu futbolçusu Bədavi Hüseynovla müqavilə müddətini uzadıb.
Globalinfo.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Bildirilib ki, klub Azərbaycan millisinin müdafiəçisi ilə yeni 1 illik sözləşmə imzalayıb.
“Razılaşmaya əsasən, Bədavi Hüseynov 2027-ci ilin yayına qədər komandamızın uğurları üçün mübarizə aparacaq. 2012-ci ildən “Qarabağ”ın formasını geyinən Hüseynov komandamızın heyətində Premyer Liqada 267 oyunda 5 qol vurub. O, komandamızla 11 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub, millidə 82 matçda 1 dəfə fərqlənib”, – deyə məlumatda qeyd edilib.