Bakı Metropolitenindən Globalinfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, saat 23:00 radələrində “Neftçilər-Qarayev” mənzilində hərəkət edən qatara texniki baxış keçirilməsi zərurəti yaranıb:
“Normativlərə uyğun olaraq stansiyada sərnişinlər düşürülərək, qatara mənzildə baxış keçirilib. Ehtiyat tədbiri kimi dərhal əvəzinə qatar verilib. Texniki baxış zamanı ciddi nöqsan aşkarlanmayıb.
Qeyd edilməlidir ki, həmin vaxt qatarlar bazar günü qrafikinin gecə saatlarına uyğun qrafiklə hərəkət edir”.
***23:30
Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.
Globalinfo.az xəbər verir ki, bu barədə redaksiyamıza məlumat daxil olub.
Bildirilib ki, qatar 10 dəqiqəyə yaxın “Gənclik” stansiyasında dayanıb. Bununla bağlı sərnişinlərə müraciət olunub və gecikməyə görə üzrxahlıq edilib.
Qatarın tezliklə yola düşəcəyi deyilsə də, 10 dəqiqədən sonra sərnişinlər platformanı tərk etməyə başlayıblar.
Bakı Metropolitenindən saytımıza verilən məlumata görə, artıq qatarların hərəkəti bərpa edilib.
Sərnişinlər isə bildirir ki, hazırda qatar hər stansiyada təxminən 5 dəqiqə dayanır.
Əliyar Xəlil
Globalinfo.az