ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Kir Starmerin vəzifədən ayrılmasının mümkünlüyü ilə bağlı diqqətçəkən açıqlama verib.
Globalinfo.az xəbər verir ki, Tramp sosial şəbəkədə paylaşdığı mesajda Starmerin ölkənin qarşısında duran əsas problemlərin, xüsusilə immiqrasiya və enerji siyasətinin öhdəsindən gələ bilmədiyini bildirib.
ABŞ lideri Böyük Britaniyanın Şimal dənizindəki enerji resurslarından daha fəal istifadə etməsinin vacibliyini də vurğulayıb.
Bu arada Britaniya mətbuatında yayılan məlumatlarda hökumət daxilində Starmerə qarşı narazılığın artdığı iddia olunur. Bildirilir ki, bəzi yüksəkvəzifəli nazirlər onun istefasını məqsədəuyğun hesab edirlər.
Mediada yer alan ehtimallara görə, Starmer yaxın günlərdə istefa qərarını açıqlaya və ya Nazirlər Kabinetinin iclasında bu məsələ ilə bağlı ciddi təzyiqlərlə üzləşə bilər.
Tahir Turan
Globalinfo.az