ABŞ Prezidenti Donald Tramp İranı Livandakı Tehran tərəfdarı silahlı qrupların fəaliyyətinə nəzarəti gücləndirməyə çağırıb.
Globalinfo.az-ın məlumatına görə, Tramp sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, İranın dəstəklədiyi qüvvələr Livanda sabitliyi pozmağa davam edərsə, Vaşinqton Tehrana qarşı daha sərt addımlar atacaq.
“İran Livandakı nəzarətində olan və maliyyələşdirilən qüvvələrin problem yaratmasının qarşısını dərhal almalıdır. Əks halda, ötən həftəki tədbirlərdən də daha sərt zərbələr endiriləcək”, – ABŞ lideri qeyd edib.
Tahir Turan
Globalinfo.az