“Ukrayna Silahlı Qüvvələrinin Kurskda keçirdiyi əməliyyatlarda qazandığı uğur çox da yüksək qiymətləndirilməməlidir”.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə Almaniyanın “Bild” nəşrinin hərbi analitiki Julian Röpke çıxış edib.
O, Ukraynanın məhz Kurs istiqamətində hücuma keçməsinin düşündürücü olduğunu deyib:
“Hücum üçün niyə Xarkov, Luqansk, Donetsk və Zaporojye deyil, məhz Kursk seçildi? Bu, məni çox təəccübləndirir. Ukrayna ola bilsin ki, sülh danışıqları kontekstində beynəlxalq təzyiq altında Kurskdan çıxacaq. Hazırkı strategiya çox risklidir”.
Ayşən Mustafa
Globalinfo.az