Ukraynaya məxsus F-16 qırıcıları Rusiyanın Kursk bölgəsinə zərbələr endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Archangel Spetsnaz” Teleqram kanalı yazıb.
Bildirilib ki, bir cüt F-16 sərhəddəki Tetkino kəndinə idarə olunan bombalar atıb.
Kanal Ukrayna hərbi aviasiyasının aktivləşdiyini vurğulayıb.
Qeyd edək ki, Ukrayna ordusu 2024-cü ildə Kursku ələ keçirsə də, əks-hücuma keçən Rusiya Silahlı Qüvvələri uzun döyüşlərdən sonra şəhəri geri almışdı.
Əliyar Xəlil
Globalinfo.az