Ukraynaya kütləvi raket hücumu: ölənlər var – YENİLƏNİB

Ukraynaya kütləvi raket hücumu nəticəsində 5 nəfər həlak olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Hadisə nəticəsində 40 nəfərin xəsarət aldığı bildirilir. Ölən və yaralananların artacağı istisna edilmir.

***10:33

Ukraynaya kütləvi raket hücumu nəticəsində Xarkov şəhərində bir nəfər ölüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov bildirib.

Bundan başqa, Xarkovun Kiyevski rayonunda çoxmərtəbəli yaşayış binası vurulub. İnsanlar dağıntılar altında qalıb.

***09:44

Ukrayna ərazisinə kütləvi raket hücumu olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Bildirilib ki, ölkənin müxtəlif vilayətlərinə, o cümlədən paytaxt Kiyevə raket atılıb. Bundan başqa, ölkəyə bombardmançı təyyarələrlə də hücum olub. Kiyevdə hava hücumundan müdafiə sistemləri işə düşüb.

Məlumata görə, raket zərbələri nəticəsində ölkənin Svyatoşinski rayonunda park edilmiş avtomobillər yanıb. Təcili yardım xidmətləri hadisə yerinə gedir.

Xarkov şəhərinə hücum nəticəsində isə bir neçə uşaq və bir qadın yaralanıb. Raketlərdən biri qaz kəmərinə dəyib və partlayış olub.