ÜDM xarici dövlət borcunu 10 dəfədən çox üstələyir – Əli Əsədov

“2023-cü ildə ölkənin strateji valyuta ehtiyatları 17%, yəni 10 milyard ABŞ dolları artaraq 68,5 milyard dollar təşkil etmişdir”.

Globalinfo.az xəbər verir ki, bunu baş nazir Əli Əsədov Milli Məclisin martın 15-də keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2023-cü ilə dair hesabatını təqdim edərkən deyib.

O bildirib ki, Ümumi Daxili Məhsul (ÜDM) 95% səviyyəsindədir ki, bu da xarici dövlət borcunu 10 dəfədən çox üstələyir:

“2023-cü ilin sonuna xarici dövlət borcunun məbləği 3,5% azalaraq 6,46 milyard dollar olub və ÜDM-in 8,9%-ni təşkil edib. Milli iqtisadiyyatın inkişafında və ÜDM-in artım tempində neft faktorunu xüsusi nəzərə almalıyıq. Bu baxımdan neft hasilatının sabitləşməsi istiqamətində işlər ciddi nəzarət ilə davam etdiriləcək. Ortamüddətli dövrdə qeyri neft-qaz ÜDM-nin artım tempinin sürətlənməsinin neft-qaz sektorunda azalmanı kompensasiya edəcəyi və iqtisadi artımın sürətlənməsinə töhfə verəcəyi proqnozlaşdırılır”.

Ayşən Mustafa
Globalinfo.az