68cd8a20086c868cd8a20086c9175830070368cd8a20086c568cd8a20086c7

Ucarda eyni ərazidə eyni vaxtda 2 yol qəzası olub, xəsarət alanlar var.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Qazıqumlaq kəndindən keçən hissəsində baş verib.

Birinci qəzada Bakı istiqamətində hərəkətdə olan traktorla yük avtomobili toqquşub. Nəticədə traktor magistral yoldan çıxaraq yol kənarına aşıb. İdarəetmədən çıxan yük maşını isə beton arakəsməni dağıdaraq yolun əks istiqamətinə çıxıb.

Adıçəkilən ərazidə baş verən digər qəzada isə iritonnajlı yük avtomobili ilə “Vito” markalı sərnişin avtomobili toqquşub.

Birinci qəzada müxtəlif xəsarətlər alan 2 nəfər Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.

Paylaş: