zaxarova 1 900x506 1

Türkiyə ilə İsrail arasında münasibətlərin kəskinləşəcəyi təqdirdə NATO-nun Ankaraya dəstək verib-verməyəcəyi şübhə altındadır”. 

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Zaxarova bildirib ki, NATO-nun fəaliyyətində ABŞ-ın mövqeyi həlledici rol oynayır:

“Vaşinqton İsraillə münasibətlərini xüsusilə təhlükəsizlik və beynəlxalq siyasət sahələrində qiymətləndirir. Türkiyə ilə İsrail arasında mümkün qarşıdurma zamanı NATO-nun Ankaraya hərbi dəstək göstərməsi məsələsində əsas qərarı ABŞ verəcək.

Vaşinqton nəinki həlledici səsə malikdir, eyni zamanda NATO-nun bütün işlərinə rəhbərlik edir. ABŞ NATO-nun ən yaxın müttəfiqi hesab etdiyi ölkəyə qarşı hər hansı addım atmasına icazə verəcəkmi?”

Rusiya rəsmisi əlavə edib ki, NATO-nun Türkiyəyə münasibətdə mövqeyi böyük ölçüdə ABŞ-ın qərarından asılı olacaq.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: