priqojin

Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov Rusiya hərbi kəşfiyyatının rəhbəri İqor Kostyukovla, həmçinin “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinlə mütəmadi əlaqə saxladığını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Ukraynalı məmur Kostyukovla ilk təmaslarının 2022-ci ildə Türkiyənin vasitəçiliyi ilə Qara dəniz taxıl dəhlizi ilə bağlı danışıqlar zamanı baş verdiyini bildirib:

“Sonrakı dövrdə Rusiya tərəfi ilə, xüsusilə hərbi əsirlərlə bağlı məsələlərdə aparılan təmaslar nəticəsində müəyyən nəticələr əldə etmək mümkün olub. Yevgeni Priqojinlə də müntəzəm şəkildə danışıqlar aparırıq. Bu əlaqələr 2023-cü ildə “Vaqner”in Kremlə qarşı qiyamına qədər, eləcə də Priqojinin ölümünə qədər davam edib”.

Qeyd edək ki, Budanov bundan əvvəl Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə rəhbərlik edib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: