Rusiya Xarici İşlər Nazirliyi Ukraynanın Rusiyanın hava məkanının təhlükəli olması ilə bağlı yaydığı bildirişləri rədd edib.

Globalinfo.az xəbər verir ki, XİN-in açıqlamasında Ukraynanın bu bildirişlərinin hüquqi qüvvəsinin olmadığı və Rusiyanın hava məkanındakı vəziyyəti təhrif etdiyi vurğulanıb.

Nazirlik qeyd edib ki, belə bəyanatlar aviaşirkətləri və digər hava məkanı istifadəçilərini çaşdıra bilər. Rusiya XİN Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) baş katibi Xuan Karlos Salasarı Ukraynanın mülki aviasiyaya yönəldiyini iddia etdiyi təhdidlərini pisləməyə çağırıb. Moskva həmçinin Ukraynaya qarşı müvafiq tədbirlərin görülməsini və bu cür bəyanatların qarşısının alınmasını tələb edib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 1-də Rusiyanın hava məkanının aviaşirkətlər üçün təhlükəsiz olmadığını və faktiki bağlanacağını açıqlayıb. Rusiya Prezidenti Vladimir Putin isə bu bəyanata cavab olaraq Ukraynanı dövlət terrorizminə əl atmaq niyyətində olmaqda ittiham edib. Sentyabrın 2-də “Rosaviasiya” da Ukraynanın Rusiya hava məkanı ilə bağlı yayımladığı sənədlərin hüquqi qüvvəyə malik olmadığını bildirib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: