Çinin “Sohu” nəşri Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı münaqişənin həlli ilə bağlı açıqlamalarını təhlil edib.
Globalinfo.az xəbər verir ki, nəşrin yazdığına görə, Putin danışıqların mümkünlüyündən danışmaqla yanaşı, Rusiya Silahlı Qüvvələrinə hücumların azaldılması əmrini verib.
Bildirilir ki, Moskvanın taktikasında sülh yolu ilə həll ehtimalı açıq saxlanılır və vəziyyət diqqətlə izlənilir.
“Sohu”nun məlumatına görə, Ukrayna danışıqları bərpa etmək üçün Rusiyanı təhdid etməyə son qoymalıdır.
Putin daha əvvəl Ukrayna münaqişəsinin həlli şansının olduğunu bildirib. Rusiya liderinin sözlərinə görə, münaqişənin həlli məsələsi sonda yalnız Rusiya və Ukraynaya aiddir. O, həmçinin prosesə vasitəçi kimi üçüncü ölkələrin cəlb edilməsinin mümkünlüyünü qeyd edib.
Tahir Turan
Globalinfo.az