Azərbaycan və Ermənistan ərazisindən keçməsi nəzərdə tutulan TRIPP Marşrutunun (Zəngəzur dəhlizi) tikintisinə 2027-ci ilin əvvəlində başlanılacaq.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan “Semafor”a müsahibəsində bildirib. O deyib ki, layihənin təməlqoyma mərasimi 2027-ci ilin əvvəlində keçirilə bilər.
Onun sözlərinə görə, TRIPP üzrə texniki-iqtisadi əsaslandırmanın 2026-cı ilin sonuna qədər tamamlanması planlaşdırılır.
Diplomat Ermənistanın TRIPP tranzit və enerji dəhlizinə sadiq olduğunu vurğulayıb. O, eyni zamanda İrəvanın Rusiya və İranla ənənəvi əlaqələrini qorumaqda maraqlı olduğunu qeyd edib.
Tahir Turan
Glo0balinfo.az