1ac49002 1587 4422 8fe7 ab4997ec66ef

Azərbaycanın Tacikistandakı səfiri Elxan Cahangir oğlu Qəhrəman sentyabrın 4-də etimadnaməsinin surətini Tacikistanın xarici işlər naziri Sirojiddin Muhriddinə təqdim edib.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, bu barədə Tacikistanın Xarici İşlər Nazirliyinin (XİN) teleqram kanalındakı məlumatda bildirilib.

Görüş zamanı nazir E.Qəhrəmanı Azərbaycanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Paylaş: