ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və onun kürəkəni Cared Kuşner Kiyev və Moskvaya səfər edəcəklər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, Uitkoff və Kuşner sentyabrın 4-də Kiyevə səfər edəcək, sentyabrın 5-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəklər.
Onların sentyabrın 6-da isə yenidən Kiyevə qayıdaraq Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparması planlaşdırılır.
Bildirilib ki, səfər aylardır müzakirə olunur və müxtəlif səbəblərdən bir neçə dəfə təxirə salınıb.
Qeyd olunur ki, Tramp sentyabrın 3-də Uitkoff və Kuşneri Ağ Evdə qəbul edib. Görüşdə onların Kiyev və Moskva səfərləri müzakirə olunub.
Səfərlər Ukrayna münaqişəsinin həlli ilə bağlı diplomatik təmasların intensivləşdirilməsi fonunda baş tutur.
Əliyar Xəlil
Globalinfo.az