6a9aeed152b7c6a9aeed152b7d17885385776a9aeed152b786a9aeed152b7a 4

ABŞ Prezidenti Donald Tramp İranla davam edən qarşıdurmanı şərh edərkən “müharibə” ifadəsindən istifadə edib.

Globalinfo.az xəbər verir ki, Tramp özünün sosial media hesabında paylaşdığı açıqlamada ABŞ Demokrat Partiyasının nümayəndələrini ölkənin “müharibədə uduzmasını” təmin etməyə çalışmaqda ittiham edib.

Bu açıqlama ABŞ vitse-prezidenti Cey. Di. Vensin mövqeyindən fərqlənir. Vens daha əvvəl bildirib ki, ABŞ administrasiyası İranla hazırkı qarşıdurmanı müharibə hesab etmir.

O, mövqeyini vəziyyətin hələlik tammiqyaslı hərbi əməliyyatlar səviyyəsinə çatmaması ilə əsaslandırmışdı.

Tahir Turan
Globalinfo.az

Paylaş: