Türkiyəyə ehtiyac var, hər şeyi unutmağa hazırdırlar – Abramyan

mqer abramyan

“Avropa İttifaqının ciddi geosiyasi və reputasiya problemləri var. Təhlükəsizliyin təmin olunması prosesinə Türkiyənin də cəlb edilməsi bu ölkənin nüfuzu və rolunu əhəmiyyətli dərəcədə artıracaq”.

Globalinfo.az xəbər verir ki, bunu erməni türkoloq Mqer Abramyan deyib.

Onun sözlərinə görə, Avropanın hazırda Türkiyəyə ciddi ehtiyacı var:

“Avropalılar Şimali Kipr məsələsi ilə bağlı fikir ayrılıqları və digər bütün problemli mövzuları unutmağa hazırdırlar. Bütün bu illər ərzində Türkiyəni İttifaqa qəbul etməkdən çəkiniblər, amma indi Ankaradan regionun təhlükəsizliyinin qorunmasına dəstək göstərməsini istəyə bilərlər”.

Qeyd edək ki, NATO-nun baş katibi Mark Rutte Aİ-ni mövcud fikir ayrılıqlarını bir kənara qoymağa və Türkiyə ilə təhlükəsizlik sahəsində əməkdaşlığı intensivləşdirməyə çağırıb.

Ayşən Mustafa
Globalinfo.az