Türkiyədən Qazaxın 4 kəndinin qaytarılmasına reaksiya

Ermənistan tərəfindən uzun vaxtdır işğal altında tutulan Qazaxın dörd kəndinin diplomatik yolla qaytarılmasını alqışlayır və təbrik edirik.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu fikri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuad Oktay Bakıda keçirilən Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin birinci iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin də qısa zaman ərzində açılması vacib və əhəmiyyətlidir:

“Bu xəttin açılması ilə Türkiyə tarixi türk coğrafiyasına bağlanacaq. Bu da türk dünyasının daha da güclənməsi və inkişafına şərait yaradacaq. Bu dəhlizin açılması eyni zamanda Ermənistan üçün də son dərəcə vacibdir. Bununla də bölgədə sülhün əldə olunması təmin oluna bilər”.

F.Oktay həmçinin əlavə edib ki, türk dünyası dövlətlərinin bir-biri ilə əlaqələrinin gücləndiirlməsi və bunu gələcək nəsillərə ötürülməsi hədəflər arasındadır: “Türk dövlətlərinin sevinci və kədəri hər zaman ortaqdır”.