Ermənistanda məhkəmə “Müqəddəs mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın ev dustaqlığının müddətini üç ay uzadıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
B.Qalstanyan 2025-ci il iyunun 25-dən 26-na keçən gecə həbs edilib.
Ermənistanın İstintaq Komitəsi iddia edir ki, “Müqəddəs mübarizə” hərəkatının lideri və iştirakçıları terror aktları və ölkədə hakimiyyəti ələ keçirməyə yönəlmiş hərəkətlər planlaşdırıblar.