Türkiyənin Ankara vilayətində naməlum şəxslər əyləncə məkanına silahlı hücum ediblər.
Globalinfo.az xəbər verir ki, əyləncə məkanına motosikletlə gələn iki nəfər silahdan atəş açaraq qaçıb.
“Xəsarət alan olmasa da, məkana maddi ziyan dəyib. Hadisə yerinə polis əməkdaşları göndərilib. Şübhəli şəxslərin tutulması üçün işlər aparılır”, – deyə Türkiyə KİV-lərində qeyd olunub.