Türkiyəli tanınmış sosial media fenomeni, bloger Murat Övüç paylaşdığı videolara görə həbs edilib.
Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, Küçükçekmece Respublika Baş Prokurorluğu tərəfindən başladılan istintaq çərçivəsində Övüçün paylaşımları hüquqi müstəvidə araşdırılıb. Prokurorluq onun hərəkətlərində “ictimaiyyət arasında nifrət və düşmənçiliyi qızışdırmaq” maddəsinin tərkibini müəyyən edib.
Məhkəmə qarşısına çıxarılan Murat Övüç barəsində həbs qətimkan tədbiri seçilərək, həbsxanaya göndərilib.