Türkiyədə mədən çökdü: yaralılar var – FOTO

Türkiyə paytaxtının Beypazarı rayonunda kömür mədənində çökmə baş verib. Yaralı işçilər var.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, bu barədə Ankara valiliyi özünün “X” hesabında xəbər verib.

Məlumata görə, hadisə nəticəsində 15 nəfər yaralanıb.

“Beypazarı rayonunun Hırkatepe məhəlləsindəki “K” kömür mədənində torpağın çökməsi nəticəsində yaranan hava təzyiqi nəticəsində təhlükəsiz zonada işləyən mədən işçilərimizdən 15-i yüngül xəsarət alıb. Üç işçimiz hazırda xəstəxanada müşahidə altındadır”, – deyə valilikdən bildirilib.