Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 536 şübhəli saxlanıldı

isid emeliyyat

Türkiyə hüquq-mühafizə orqanları ölkədə İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat həyata keçirib.

Globalinfo.az APA-ya istinadən bildirir ki, 12 gün ərzində aparılan əməliyyat ölkənin 57 bölgəsini əhatə edib.

Ümumilikdə, İŞİD-ə üzv və terror təşkilatı ilə əlaqəli olmaqda şübhəli sayılan 536 nəfər saxlanılıb.