Türkiyə helikopteri qəribə şəkildə qəzaya uğradı

Türkiyənin İzmir şəhərində meşə yanğınının söndürülməsinə cəlb edilən helikopter Taxtalı su anbarına düşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin kənd təsərrüfatı naziri İbrahim Yumaklı məlumat yayıb.

O bildirib ki, keçirilən əməliyyat nəticəsində bir ekipaj üzvü xilas edilib, üç nəfərin axtarışları davam etdirilir.