Avropa İttifaqı (Aİ) ilə Ermənistan arasında müşahidəçi missiyasının statusu ilə bağlı saziş imzalanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Aİ-nin Ermənistandakı nümayəndəliyi məlumat yayıb.
Bildirilir ki, saziş Aİ nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos və Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Ovannisyanın iştirakı ilə imzalanıb.
Bu sazişin Avropa İttifaqının Ermənistandakı missiyasının hüquqi statusunu tənzimlədiyi qeyd olunur.
Xatırladaq ki, missiya 2023-cü il fevralın 20-də Azərbaycan-Ermənistan sərhədinə gələrək illik mandatla fəaliyyətə başlayıb. Missiyanın tərkibinin müxtəlif ölkələrdən gələn 103 nümayəndədən ibarət olduğu bildirilib.
Əliyar Xəlil
Globalinfo.az