turetskaya politsiya

Türkiyənin Mersin şəhərində naməlum silahlı şəxs restoranda atəş açaraq dörd nəfəri öldürüb, səkkiz nəfəri yaralayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Yeni Şafak qəzeti məlumat yayıb.

Hücumdan sonra şübhəli maşınla hadisə yerindən qaçıb.  Polis onu tutmaq üçün genişmiqyaslı əməliyyat keçirir.

Ölənlər arasında bir işçi və restoran sahibinin olduğu bildirilir .

Yerli media hadisəni 17 yaşlı oğlanın törətdiyini yazıb və onun axtarışı üçün helikopter səfərbər olunduğunu açıqlayıb. Hücumun səbəbi hələ müəyyən edilməyib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: