“Turkish Airlines” İranla bağlı uçuş planlarını dəyişməyib.
Globalinfo.az xəbər verir ki, “Turkish Airlines”in nümayəndəsi bu məlumatı “Iran International” telekanalına təsdiqləyib. Aviaşirkət ən azı 2027-ci ilin mart ayına qədər İrana uçuşları bərpa etməyi planlaşdırmır.
Nümayəndə bildirib ki, 2027-ci ilin martından sonra da İrana uçuşların bərpa olunacağına zəmanət yoxdur. Qərarın İran aviasiya sektoruna qarşı ABŞ tərəfindən tətbiq edilən sanksiyaların genişləndirildiyi bir vaxtda verildiyi qeyd olunur.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi sentyabrın 8-də İranın aviasiya sektoru ilə əlaqəli 36 şirkət və digər quruma qarşı sanksiyalar tətbiq edib.
Tahir Turan
Globalinfo.az