Ukraynadan Rusiyaya fəlakət kimi hücum

Ukrayna Təhlükəsizlik Xidməti Müdafiə Qüvvələri ilə birlikdə Rusiyanın Rostov vilayətinin Morozovsk rayonundakı aerodroma hücum edib, nəticədə 6 təyyarə sıradan çıxarılıb, 8-nə əhəmiyyətli ziyan dəyib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə “RBK-Ukraina” məlumat yayıb.

Bildirilib ki, aerodromda Rusiyanın “Su-24”, “Su-24M”, “Su-34” bombardmançıları yerləşdirilib.

Eyni zamanda hücum nəticəsində Rusiyanın 20-yə yaxın hərbçisinin öldüyü və ya yaralandığı vurğulanıb.