Türkiyə səfirliyi Azərbaycan xalqını təbrik edib

Türkiyənin Azərbaycandakı Səfirliyi Azərbaycan xalqını 8 noyabr Zəfər Günü münasibəti ilə təbrik edib.

Globalinfo.az xəbər verir ki, səfirlik bu barədə Tvitter hesabında paylaşım edib.

Paylaşımda deyilir: “Azərbaycan xalqının tarixinə qızıl hərflərlə həkk olunmuş 8 noyabr- #ZəfərGünü’nün ikinci ildönümü münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, bu möhtəşəm zəfərin qazanılmasında canlarını fəda etmiş şəhidləri hörmətlə yad edir, qazilərimizə şəfa diləyirik”.