
Özbəkistan Xarici İşlər Nazirliyin İran–İsrail münaqişəsi ilə bağlı bəyanatı Tehranda birmənalı qarşılanmayıb.
Globalinfo.az xəbər verir ki, Özbəkistan bu münaqişənin ölkəni maraqlandırmadığını bildirib.
Xarici İşlər Nazirliyi vətəndaşlara müraciət edərək, başqa ölkələrdə dini, irqi və şəxsi səbəblərlə baş verən münaqişələrə münasibət bildirməkdən çəkinməyə çağırıb. Bildirilib ki, belə hallar cəmiyyətdə qərəzli yanaşmalara səbəb ola bilər.
Lakin eyni zamanda Tehran və Təl-Əviv arasındakı münaqişənin sülh yolu ilə həllinin dəstəkləndiyi də vurğulanıb.
Sözügedən bəyanat İranda birmənalı qarşılanmayıb və bu ölkənin KİV-lərində tənqid edilib.
Ayşən Mustafa
Globalinfo.az