Trampın təhdidindən sonra Xameneinin ilk görüntüsü – VİDEO

Xamenei 232 900x600 1

İranın ali rəhbəri Seyid Əli Ayətullah Xameneinin 9 dəqiqəlik xalqa müraciət videosu yayımlanıb. 

Globalinfo.az xəbər verir ki, Xamenei İran xalqını təslim olmamağa, İsrail və ABŞ-a boyun əyməməyə çağırıb.

O, həmçinin cihad elan edib.

Ötən gün ABŞ Prezidenti Donald Tramp İranın ali rəhbərinin gizləndiyi yerlə bağlı Vaşinqton və Təl-Əvivdə dəqiq məlumatın olduğunu bildirdi. Ağ Ev rəhbəri hələlik Xameneini öldürmək niyyətlərinin olmadığını söylədi. İran ali rəhbərinin Trampın təhdidindən sonra xalqa müraciəti maraqla qarşılandı.

Məlumata görə, Xamenei İsrailin hücumlarının başladığı ilk gündən etibarən təhlükəsiz sığınacağa yerləşdirilib.

Ayşən Mustafa
Globalinfo.az