tramp 0

“İranın zərbədən əvvəl Fordodakı zavoddan nüvə materiallarını çıxara bilməsi ehtimalı azdır”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Çox sürətlə hərəkət etdiyimiz üçün onların şansı olmadı. Bu, bəlkə də iki həftə çəkərdi. Materialları daşımaq çox çətin və təhlükəlidir. İranın nüvə obyektlərini bərpa edəcəyinə inanmıram”, – deyə o əlavə edib.

Qeyd edək ki, bundan əvvəl İran ABŞ-ın hücumundan əvvəl nüvə obyektlərinin boşaldıldığını açıqlamışdı

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: