Ermənistanın “Hayastan” blokunun baş nazirliyə namizədi, ölkənin sabiq prezidenti Robert Köçəryan Azərbaycanla münasibətlərə dair açıqlama verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Xronika Kavkaz” portalı məlumat yayıb.
Köçəryan bildirib ki, o, Bakı ilə sülhün tərəfdarıdır, lakin bu proses yalnız real və etibarlı təhlükəsizlik zəmanətlərinə əsaslanmalıdır.
Onun sözlərinə görə, formal razılaşmalar kifayət deyil və Ermənistanın təhlükəsizliyi konkret mexanizmlərlə təmin olunmalıdır.
Siyasətçi vurğulayıb ki, Ermənistan üçün əsas prioritet güclü ordunun formalaşdırılması, güclü siyasi rəhbərlik və etibarlı müttəfiqlərlə əməkdaşlıqdır. O qeyd edib ki, yalnız bu amillər ölkənin uzunmüddətli təhlükəsizliyini təmin edə bilər.
Tahir Turan
Globalinfo.az