mask tramp

ABŞ Konqresinin Nümayəndələr Palatasından olan bir qrup demokrat milyarder İlon Maskın Prezident Donald Tramp administrasiyasından uzaqlaşdırılması üçün  kampaniyaya başlayıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Nəşr yazır ki, Maskın mayın 30-na kimi administrasiyadan qovulması planlaşdırılır. Demokratlar bunun üçün xüsusi dövlət işçilərinin vəzifə səlahiyyətlərini 130 gündən artıq icra etməməsi ilə bağlı qanunu əsas gətirirlər.

Artıq palatanın 77 demokrat Trampa Maskla bağlı məktub yazıb və onun qeyd edilən tarix kimi vəzifədən uzaqlaşdırılmasının elanını tələb ediblər. Tələbin icra edilməsi üçün Respublikaçılar Partiyasına təzyiqlərin artırılacağı açıqlanıb.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: