ABŞ Prezidenti Donald Tramp Ağ Ev yaxınlığında baş verən atışmadan yazıb.
Globalinfo.az xəbər verir ki, bu barədə o, “TruthSocial” sosial şəbəkəsində fikirlərini bölüşüb.
“Bu hadisə Ağ Evdə keçirilən şam yeməyində baş verən atışmadan bir ay sonra baş verdi. Vaşinqtonda gələcək prezidentlər üçün təhlükəsiz bir yer yaratmaq lazımdır”, – deyə Tramp qeyd edib.
O, Ağ Ev yaxınlığında baş verən atışma zamanı peşəkar hərəkətlərinə görə Məxfi Xidmətə və hüquq-mühafizə orqanlarına da təşəkkür edib.
Xatırladaq ki, mayın 23-ü axşamı Ağ Evin təhlükəsizlik məntəqələrindən birinin yaxınlığında atışma baş verib.
“Associated Press”in federal hakimiyyət orqanlarına istinadən verdiyi məlumata görə, naməlum hücumçu təhlükəsizlik məntəqəsinə yaxınlaşaraq Məxfi Xidmət əməkdaşlarına atəş açmağa başlayıb. Zabitlər cavab atəşi açıblar.
Trampın atışma zamanı Ağ Evdə olduğu və xəsarət almadığı bildirilib. Atışmadan sonra Ağ Ev qısa müddətə bağlanıb və içəridəki jurnalistlərə gizlənmək əmri verilib.
“Fox News” və “NBC News”un məlumatına görə, atəş açan şəxs Merilenddən olan 21 yaşlı Nasir Best olub.
Əliyar Xəlil
Globalinfo.az