“ABŞ Prezidenti Donald Tramp İranla müharibədə həlledici seçim mərhələsinə yaxınlaşır”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” nəşri ABŞ və İsrail rəsmilərinə istinadən məlumat yayıb.
Bildirilib ki, Vaşinqton hazırda münaqişənin başa çatdırılması üçün iki ssenarini nəzərdən keçirir:
“Birinci ssenari Hörmüz boğazında gəmiçiliyin bərpası məqsədilə yeni 10 günlük atəşkəsə nail olmaqdır. İkinci variant isə İranı təslim olmağa məcbur etmək üçün İsraillə birlikdə genişmiqyaslı hərbi əməliyyata başlamaqdır”
Mənbələrin bildirdiyinə görə, Qətər, Misir, Pakistan və digər vasitəçilər artıq Vaşinqton və Tehrana 10 günlük atəşkəs təklifi təqdim ediblər:
“Tramp administrasiyası bu təşəbbüsü araşdırır və İsraili diplomatik imkanları bağlaya biləcək addımlardan çəkinməyə çağırıb.
Bununla yanaşı, ABŞ danışıqların nəticəsiz qalacağı ehtimalına da hazırlaşır. Son günlərdə Pentaqon mümkün genişmiqyaslı eskalasiya fonunda Yaxın Şərqə onlarla qırıcı təyyarə və havada yanacaq dolduran tanker təyyarələri göndərib. İsrail mənbələri isə İsrail Müdafiə Ordusunun yüksək döyüş hazırlığı vəziyyətinə gətirildiyini və yaxın günlərdə hərbi əməliyyatların genişləndirilməsinə hazırlaşdığını bildiriblər.
Donald Tramp hələlik yekun qərar verməyib. Rəsmi şəxslərin fikrincə, qarşıdakı bir neçə gün Vaşinqtonun hansı yolu seçəcəyini müəyyən edəcək. Onların sözlərinə görə, qeyri-müəyyən nəticəli uzunmüddətli münaqişə üçün artıq demək olar ki, imkan qalmayıb”.
Tramp daha əvvəl İranı xəbərdar edərək bildirmişdi ki, həlak olan hər bir amerikalı hərbçiyə görə Tehran sərt cavab alacaq.
Əliyar Xəlil
Globalinfo.az