Tramp Nyu-York şəhərini belə xilas edəcək – Özü AÇIQLADI

tramp 0

ABŞ Prezidenti Donald Tramp Nyu-York şəhərini 2025-ci ilin noyabrına planlaşdırılan mer seçkiləri ərəfəsində “xilas etmək” və onu yenidən möhtəşəm vəziyyətə gətirmək niyyətində olduğunu açıqlayıb.

Globalinfo.az xəbər verir ki, Tramp bunları deyib:

“Mən Nyu-York şəhərini xilas edəcəm və onu yenidən isti və möhtəşəm şəhərə çevirəcəm”.

O, həmçinin merliyə namizədlərdən birini “kommunist dəlisi” adlandırıb. Ona şəhəri “xarabalığa” çevirməyə imkan verməyəcəyini qeyd edib. Lakin Tramp həmin siyasətçinin adını açıqlamayıb.

“Əmin olun, mən bütün rıçaqları və kartları əlimdə saxlayıram”, – Tramp vurğulayıb.

Tramp daha əvvəl açıq şəkildə bildirib ki, o, Nyu-York meri yarışında öncül namizəd Zöhran Mamdanini “saf kommunist” və “radikal sol dəli” hesab edir. Amerika lideri Nyu-Yorkun meri kimi belə bir namizədi gördüyü üçün şoka düşdüyünü açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az